Milli komandaların seçmə mərhələ oyunları ilə əlaqədar futbol üzrə Topaz Premyer Liqasında yaranmış fasilə başa çatıb. Oktyabrın 16-da VIII turun açılış oyunu keçirilib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Rəvan” "Bayıl Arena”da "Kəpəz”i qəbul edib. Bu mövsüm qələbə üzünə həsrət qalan Emin Quliyevin yetirmələri uğursuz seriyaya son qoya bilməyiblər. 3 qırmızı vərəqənin göstərildiyi oyunda gəncəlilər iki cavabsız qolla qalib gələrək Bakıdan 3 xalla ayrılıblar.
Topaz Premyer Liqası
VIII tur
16 oktyabr
"Rəvan” - "Kəpəz” - 0:2
"Bayıl Arena”
Qollar: Julien Ebah, 48, Juninyo, 50
Qırmızı vərəqələr: Kənan Manafov, 58, Novruz Məmmədov, 86, Orxan Lalayev, 90+1 (hamısı "Rəvan”)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
"Rəvan”: 32. Kostantin Maxnovskiy, 21. Novruz Məmmədov, 6. Vüqar Bəybalayev, 16. Orxan Lalayev, 14. Elvin Əliyev, 92. Yamin Ağakərimzadə, 20. Kənan Manafov, 8. Məmməd Quliyev, 11. Şeriff Suma, 17. Ramazan Abbasov(k), 22. Məhəmməd Alıyev
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Kənan Müslümov, 99. Nicat Muxtarov, 77. Cavad Kazımov, Elvin Həsənəliyev, 28. Xanlar Teymurov, 19. Tural Qürbətov
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 8. Budaq Nəsirov, 7. Juninyo, 27. Bəxtiyar Soltanov, 10. Dario Federiko Junior, 68. Rəşad Eyyubov, 19. Aleksandr Sitnik
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 15. Azad Kərimov, 90. Julien Ebah, 80. Tural Rzayev
Oktyabrın 17-də çempionatın daha iki qarşılaşması keçirilib. Turun ikinci oyun günündə Avroliqada çıxış edən iki klubumuz, "Qarabağ” və "Qəbələ” meydana çıxıb. "Qəbələ” bu tur "Neftçi”nin qonağı olub. "Qarabağ”la çempionluq mübarizəsi aparan "qırmızı-qaralar” səfər matçında bir qədər çətinlik çəksələr də, son dəqiqələrdə istədiyi qolu vuraraq paytaxtdan 3 xalla ayrılmağı bacarıblar. Roman Qriqorçukun yetirmələri bu qələbə ilə "Neftçi”ni də baş məşqçisiz qoyub. Belə ki, oyun başa çatan kimi, "ağ-qaralar”ın baş məşqçisi Samir Əliyev istefa verib.
17 oktyabr
"Neftçi” - "Qəbələ” - 0:1
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Qol: Aleksey Antonov, 90
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabbarov
"Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 3. Filyo Jairo Rodriges, 6. Aylton Silva, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 8. Elşən Abdullayev, 5. Juan Alberto, 26. Kamal Qurbanov, 20. Antonio Quinta, 41. Aqşin Qurbanlı, 95. Elvin Bədəlov
Baş məşqçi: Samir Əliyev
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 25. Qismət Alıyev, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov
Baş məşqçi: Roman Qriqorçuk
Turun mərkəzi qarşılaşması isə bu tura qədər məğlubedilməz olan iki komanda arasında olub. "Qarabağ” debütant "Zirə”nin məğlubedilməzlik seriyasını qırıb. Oyuna fəal başlayan ağdamlılar Adil Şükürovun yetirmələrini 4:1 hesabı ilə məğlub ediblər. Bu qələbə ilə "Qarabağ” yenidən turnir cədvəlinin birinci pilləsinə yüksəlib.
"Qarabağ” - "Zirə” - 4:1
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Qollar: Armenteros, 4, 15, Almeyda, 25, 82 - İvanoviç, 33
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Vüsal Əliyev
"Qarabağ”: 13. İbrahim Şehiç, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (k), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əlhərbi Əl Jadeyui, 70. Marinaldo Çiçero, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 8. Migel Madera, 22. Əfran İsmayılov, 23. Vladimir Dimitrovski, 29. Raydell Pupon, 97. Mahir Mədətov
Baş məşqçi: Qurban Qurbanov
"Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 2. Çimezi Mbah, 8. Tərzin Cahangirov, 11. Viktor İqbekoyi, 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k), 10. İqor İvanoviç, 7. Rihairo
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Ruslan Poladov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 9. Nelson Bonilla, 96. Elgün Nəbiyev, 90. Vüsal İsgəndərli
Baş məşqçi: Adil Şükürov
Topaz Premyer Liqasında VIII tura oktyabrın 18-də yekun vurulub. Turun son iki oyunu paytaxtdan kənarda təşkil olunub.
Ötən tur "Qəbələ”yə böyük fərqlə məğlub olan "Xəzər Lənkəran” AZAL ilə qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən cənublular turnirdə ikinci qələbəsini qazanıblar.
18 oktyabr
"Xəzər Lənkəran” - AZAL - 3:1
"Xəzər Lənkəran” mərkəzi stadionu
Qollar: Kamran Abdullazadə, 19, 89, Tounkara, 65 - Murad Səttarlı, 32
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 12. İlyas Səfərzadə, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə
Baş məşqçi: Yunis Hüseynov
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov , 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 24. Emin Cəfərquliyev, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov (k), 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli, 19. Məhəmməd Bədəlbəyli
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 5. Kamil Hüseynov, 50. Sənan Məmmədli, 28. Müşfiq Teymurov, 11. Ruslan Nəsirli, 7. Tərlan Xəlilov, 22. Kənan Mirzəyev
Baş məşqçi: Tərlan Əhmədov
Tura Sumqayıtda keçirilən oyunla yekun vurulub. Şəhərin eyniadlı komandası yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk görüşünü "İnter”ə qarşı keçirib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qalib müəyyənləşməyib. 10-cu dəqiqədə hesabı açan ev sahiblərinə "bankirlər” 36-cı dəqiqədə cavab veriblər. Bu oyunda vurulan sonuncu qol olub və qarşılahma heç-heçə başa çatıb -1:1.
8-ci turdan sonra "Qarabağ” liderliyini davam etdirir. Ağdamlıların akitivində 20 xal var. Liderdən bir xal az toplayan "Qəbələ” ikinci, aktivində 15 xalı olan "Zirə” isə üçüncüdür.
"Sumqayıt” - "İnter” - 1:1
"Kapital Bank Arena”
Qol: Pərdis Fərcad-Azad, 10 - Kvekveskiri, 34
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
"Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 24. Amit Quluzadə, 23. Tural Rzayev, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 13. Murad Ağayev, 22. Tofiq Mikayılov, 27. İsmayıl Babayev, 99. Əli Əlimərdanlı
Baş məşqçi: Samir Abasov
"İnter”: 96. Elşən Poladov (k), 5. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 88. Abdulla Abatsiyev
Ehtiyat oyunçular: 91. Şahin Zəkiyev, 3. Xuan Fransisko, 9. Limam Seydi, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 30. Abbas Hüseynov, 77. Emilian Vila
Baş məşqçi: Zaur Svanadze