Son qolunu vurdu

Son qolunu vurdu


Rusiyanın Penza vilayətini təmsil edən "Zenit” klubunun baş məşqçisi Sergey Filippenkov oyun zamanı qəflətən dünyasını dəyişib.
Hadisə "Zenit”in veteranları ilə "Penzqorstroyzakazçik” tikinti şirkətinin əməkdaşları arasında keçirilən yoldaşlıq görüşündə baş verib.
Matç zamanı 45 yaşlı mütəxəssisin qəflətən halı pisləşib və o yerə yıxılıb. Təcili tibbi yardım çağırılsa da, həkimlər keçmiş futbolçunun həyatını xilas edə bilməyiblər. Hadisə oyunun son dəqiqələrində baş verib. Həmin dəqiqəyə qədər Filippenkovun komandası 3:0 hesabı ilə irəlidə olub. Qollardan birini isə Filippenkovun özü vurub.
Qeyd edək ki, Sergey Filippenkov futbolçu karyerası ərzində Moskva MOİK-nin heyətində Rusiya çempionatının gümüş və bürünc medallarını qazanıb. O, Ukraynanın "Çernomorets”, "Metallurq” və "Dnepr” komandalarının da şərəfini qoruyub. Milli komandaya da dəvət alan sabiq yarımmüdafiəçi 2010-cu ildə futbolçu karyerasını başa vurub.