Almaniyanın "Bavariya" klubunun və Polşa milli komandasının futbolçusu Robert Levandovski "Kütləvi tədbirlərdə təhklükəsizlik haqqında" qanunu pozub. Belə ki, Levandovski AVRO-2016 çərçivəsində Polşa-İrlandiya oyunundan sonra final mərhələsinə vəsiqəni təmin etdikləri üçün qələbə münasibətilə bir neçə qurtum şampan içib. Polşa qanunvericiliyinə görə isə kütləvi tədbirlər zamanı 3,5 faizdən artıq alkoqollu içki qəbuluna qadağa qoyulub. Oyunda qələbə topunun müəllifi Levandovski isə bu hadisəyə o qədər də ciddi əhəmiyyət vermədiyini açıqlayıb.
Qeyd edək ki, Robert Levandovski hazırda ən yaxşı formada olan futbolçulardandır. Polşalı hücumçu bu mövsüm Almaniya Bundesliqasında 12 qol vurub. Millidə isə o, 13 qolla AVRO-2016-nın seçmə mərhələsinin bombardiri olub.