FİFA-nın Etika komitəsi korrupsiyada şübhəli bilinənlərin siyahısını açıqlayıb. Bu siyahıda Almaniyanın futbol əfsanəsi Frans Bekenbauerin də adı var. Bu haqda "Bild" informasiya agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, 2000-ci ildə "Adidas" şirkətinin başçısı Rober Lui-Dreyfus "Almaniya-2006" adlı sifarişçiyə 6,7 milyon avro vəsait köçürüb. Həmin vəsait Frans Bekkenbaurin başçılıq etdiyi "Almaniya-2006" komitəsinin ehtiyaclarının ödənilməsi nəzərdə tutulubmuş. Ancaq həmin məbləğ maliyyə sənədlərinin heç birində öz əksini tapmayıb. Sonradan məlum olub ki, həmin pullar 2006-cı ildə futbol üzrə dünya çempionatının Almaniya keçirilməsi üçün FİFA-nın İcraiyyə Komitəsindəki Asiyanın 4 təmsilçisinin səsinin alınması üçün xərclənib.
Almaniya Futbol Federasiyası, "Adidas" və "Almaniya -2006" sifarişçi komitənin başçısı Bekenbauer bu iddiaları təkzib ediblər. FİFA isə məsələ ilə bağlı daxili araşdırma aparacağını bildirib.