Həkimlər İspaniyanın "Barselona" və Hollandiyanın "Ayaks" klublarının sabiq futbolçusu Yohan Kroyffa həyatı üçün təhlükəli diaqnoz qoyublar. Belə ki, aparılan analizlər 68 yaşlı mütəxəssisin ağ ciyərində xərçəng olduğunu göstərib. "Uçan holland” ləqəbli ilə tanınan keçmiş hücumçu hazırda müalicə almaq üçün həkimlərin son rəyini gözləyir.
Xatırladaq ki, Yohan Kroyff 1991-ci ildə ürəyindən çətin cərahhiyə əməliyyatı keçirib. O, üç dəfə "Qızıl top"un sahibi olub. 1974-cü il dünya çempionatının ən yaxşı futbolçusu və 1985-1988-ci illərdə "Ayaks"ın, 1988-1996-cı illərdə "Barselona"nın baş məşqçisi vəzifələrində çalışıb.
Kroyff idman karyerası ərzində "Ayaks” və "Barselona"ın şərəfini qoruyub. 20 il (1964-1984) futbolda can qoyan idmançı karyerasını 1988-ci ildən 1996-cı ilə kimi "Barselona"da məşqçilik etməklə davam edib.