Ronaldo Messiyə meydan oxudu

Ronaldo Messiyə meydan oxudu



"Messi ilə müqayisə olunmağımdan narahat deyiləm. Mən son 8 il ərzində hər zaman zirvədə olmuşam”.
Bu sözləri "Real”ın (Madrid) hücumçusu Kriştianu Ronaldo deyib.
Portuqaliyalı ulduz qazandığı uğurları təkrarlayan ikinci birini tanımır.

"Əgər sən özünü iki yaxşı futbolçudan biri hesab edirsənsə, bilməlisən ki, burada birinciliyi bir neçə detal həll edir. Xüsusi ilə də, qazanılan titullar. Ola bilər ki, Messi başqaları üçün dünyanın ən yaxşı futbolçusudur. Ancaq mənim üçün ən yaxşı elə özüməm”, - deyə "Qızıl top” mükafatının 4 qat sahibi bildirib.