Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Xose Mariya Marin ABŞ-a ekstradisiya edilib.
O, Amerika və Braziliya kuboku turnirlərinin marketinq hüquqlarının satışından bir neçə milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir.
FİFA tarixində ən irimiqyaslı qalmaqal mayın 27-də, qurumun 7 yüksək vəzifəli şəxsinin saxlanılması ilə başlayıb. ABŞ Ədliyyə nazirliyinin məlumatına görə, həbs edilənlər 24 il ərzində 150 milyon ABŞ dollarınadək rüşvət alıblar.