Mourinyonun taleyi necə olacaq?

Mourinyonun taleyi necə olacaq?



İngiltərə Premyer Liqasının 12-ci turunda "Stok Siti"yə 0:1 hesabı ilə uduzan "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun komandadakı gələcək taleyi qeyri-müəyyən olaraq qalır.
Britaniya mətbuatının yazdığına görə, bu məğlubiyyətdən sonra London klubunun prezidenti Roman Abramoviçin portuqaliyalı mütəxəssisə güvənmədiyi və onun "Çelsi"dəki gələcəyi barədə heç bir zəmanət vermədiyi iddia edilib.
Britaniya mətbuatı yazıb ki, J.Mourinyo ən azı noyabrın 21-də Premyer Liqanın növbəti turunda keçiriləcək "Norviç"lə matça qədər vəzifəsində qalacaq.

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın geridə qalan 12 turundan sonra 11 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.