Zlatan 10-cu dəfə "Qızıl top" mükafatına layiq görülüb

Zlatan 10-cu dəfə "Qızıl top" mükafatına layiq görülüb



Zlatan İbrahimoviç 2015-ci ildə İsveçin ən yaxşı futbolçusu seçilib.
İsveç millisinin və "Paris-Sen-Jermen” komandasının hücumçusu Zlatan İbrahimoviç ölkəsində ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatına onuncu dəfə sahib olub.
Türkiyənin "Kasımpaşa” futbol komandasında çıxış edən Andreas İsaakson da ardıcıl onuncu dəfə İsveçin ən yaxşı qapıçısı seçilib.
Mərasimdə daha bir mükafata isə "Norçöpinq”də oynayan Emir Kujoviçlayiq görülüb. O, bu mövsümdə 21 qol vurduğuna görə İsveçin "Qızıl buts"una sahib olub.