Mişel Platini FİFA prezidenti seçkilərinə buraxılmayıb

Mişel Platini FİFA prezidenti seçkilərinə buraxılmayıb



UEFA prezidenti vəzifəsindən 90 gün müddətinə uzaqlaşdırılmış Mişel Platini cəza müddəti götürülməyənədək seçkidən kənarda qalacaq. Liberiya Futbol Assosiasiyasının başçısı Musa Biliti də FİFA prezidenti seçkisinə buraxılmayıb.
Beləliklə, seçkiyə buraxılan namizədlər UEFA-nın baş katibi Canni İnfantino, cənubi afrikalı Tokio Seksvale, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn, FİFA baş katibinin sabiq müavini Jerom Şampan və Asiya Futbol Konfederasiyasının rəhbəri şeyx Salman ibn İbrahim əl-Xəlifə olub.
Qeyd edək ki, FİFA-ya 1998-ci ildə prezident seçilmiş Yozef Blatter mayın 29-da 5-ci müddətə bu vəzifəyə seçilsə də, iyunun 2-də korrupsiya qalmaqalı dalğasında postundan getdiyini elan edib. Yeni seçki 2016-cı il fevralın 26-na təyin olunub.