“Qala-Atena” bir addım irəlilədi

“Qala-Atena” bir addım irəlilədi


Basketbol üzrə XX Azərbaycan çempionatında final mərhələsinin ilk oyunu keçirildi. "The Club Port Baku”da təşkil olunan görüşdə "Qala-Atena” Gəncə şəhərinin komandası ilə üz-üzə gəldi. Gərgin keçən mübarizənin sonunda sevinən tərəf "Qala-Atena” klubu oldu. Onlar rəqiblərini 7 top fərqi ilə məğlubiyyətə uğratdılar - 60:53.
Qeyd edək ki, bu komandalar arasında 2-ci oyun mayın 3-də keçiriləcək.
Oyun başa çatdıqdan sonra hər iki komandanın baş məşqçisinin fikirlərini öyrəndik.
Elxan Əliyev ("Qala-Atena” klubunun baş məşqçisi): "Qarşılaşma maraqlı keçdi. Əsas məqsədimiz bu oyunda qalib gəlmək idi. Yetirmələrim də onlara bəslənilən ümidləri doğrultdu. Növbəti oyuna daha ciddi hazırlaşmalıyıq. Həmin oyunda da qalib gəlmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”
Rizvan Səfərov (Gəncə şəhərinin komandasının baş məşqçisi): "Qalib gəlmək üçün əlimizdən gələni etdik. Lakin sonda sevinən tərəf rəqib oldu. Çalışacağıq ki, növbəti oyunda qalib gələk. Bunun üçün daha ciddi hazırlaşmalıyıq”
27 aprel
"Qala-Atena” - Gəncə şəhərinin komandası - 60:53.