Ölkəmizdə IV İslam Oyunları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.
Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 8-ci günündə 8 medal qazanıb. Yığmamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
Yelena Çebanu (paraatletika, 200 m), Mahir Əmiraslanov (sərbəst güləş, 57 kq), Nurmaqomed Hacıyev (sərbəst güləş, 97 kq) və Olqa Bıkovskaya (suyatullanma, 10 m platforma) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gümüş mükafata isə Jinq Ninq (stolüstü tennis, qadınlar) və Maqomed Müslimov (sərbəst güləş, 65 kq) yiyələniblər.
Miao Vanq (stolüstü tennis, qadınlar) və sinxron suyatullanma cütlüyü (3 m, Artyom Danilov, Dmitri Sorokin) bürünc medal qazanmağı bacarıblar.
Bununla da ümumi medalların sayı 124-ə çatıb. Bu medallaedan 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdür. Millimiz əvvəlki günlərlə müqayisədə az medal qazansa da, ümumi sıralamada liderliyi ələ alıb. Belə ki, yığmamız mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni arxada qoyub. 3-cü pillədə isə İran qərarlaşıb.
Ümumilikdə İslamiadada indiyədək 218 medal dəsti sahibini tapıb.
Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Azərbaycan 63 35 26 124
2 Türkiyə 61 56 45 162
3 İran 20 24 30 74
4 Özbəkistan 14 15 28 57
5 Bəhreyn 9 4 3 16
6 Əlcəzair 7 12 17 36
7 İndoneziya 6 28 20 54
8 Misir 6 4 7 17
9 Mərakeş 6 3 12 21
10 Qırğızıstan 3 3 7 13
11 İordaniya 3 1 11 15
12 Səudiyyə 3 0 6 9
13 Türkmənistan 2 4 6 12
14 İraq 2 4 3 9
15 Qazaxıstan 2 3 9 14
16-17 Suriya 2 2 6 10
Qətər 2 2 6 10
18 Kamerun 1 2 5 8
19 Tunis 1 1 8 10
20 Seneqal 1 1 1 3
21-22 Banqladeş 1 1 0 2
Qambiya 1 1 0 2
23-25 Benin 1 0 1 2
Qvineya-Bisau 1 0 1 2
Mozambik 1 0 1 2
26 Pakistan 0 2 4 6
27 Oman 0 2 3 5
28 Nigeriya 0 2 1 3
29-31 Qayana 0 1 2 3
Surinam 0 1 2 3
Birləşmiş Ərəb Əmirliyi 0 1 2 3
32 Cibuti 0 1 1 2
33 Uqanda 0 1 0 1
34 Fil Dişi Sahili 0 0 4 4
35-36 Livan 0 0 1 1
Malayziya 0 0 1 1
Cəmi 219 217 280 716