Bakı-2017: Cəmaləddin Maqomedov finalda necə qələbə qazandı? - VİDEO
13:38 22.05.2017
31953
İslamiadanın sərbəst güləş yarışlarının sonuncu qarşılaşmasında qalib gələn Azərbaycan pəhləvanı Cəmaləddin Maqomedov qızıl medal qazanıb.
Olimpnews.az saytının məlumatına görə, yarışlarda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa ikincisi, Dünya Kubokunun qalibi olan Cəmaləddin Maqomedov həlledici qarşılaşmada Qazaxıstan pəhləvanı Daulet Şabanbay ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 12:8 hesabı ilə qalib gələn pəhləvanımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.