FİBA Avropanın prezidenti cənab Turqay Dəmirələ

FİBA Avropanın prezidenti cənab Turqay Dəmirələ

Hörmətli cənab Turqay Dəmirəl!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının bir hissəsi (Dağlıq Qarabağ və bu bölgəni əhatə edən 6 rayon) erməni qəsbkarları tərəfindən işğal edilmişdir. Onu da qeyd etmək istərdim ki, işğal edilmiş ərazilər de-yure və de-facto bütün dünya ölkələri və beynəlxalq təşkilatları tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır.
Nəzərinizə çatdırıram ki, oktyabrın 29-da basketbol üzrə Ermənistan çempionatının oyunu erməni silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinin inzibati mərkəzi Xankəndi şəhərində keçirilmişdi. Azərbaycanın basketbol ictimaiyyəti və Azərbaycan Basketbol Federasiyası (ABF) Ermənistan Basketbol Federasiyası tərəfindən öz ölkəsinin rəsmi çempionatının ABF-nın xəbəri olmadan Azərbaycan ərazisində keçililməsini kəskin qınayır.

Hörmətli cənab Dəmirəl
Ümid edirəm ki, FİBA Avropa Ermənistan Basketbol Federasiyasının beynəlxalq hüquqa zidd hərəkətlərinin qarşısını almaq üçün müvafiq tədbirlər görəcək.

Hörmətlə,
Azərbaycan Basketbol Federasiyası adından
Nadir Nəsibov