Samboçularımız İtaliyadan 4 medalla döndülər

Samboçularımız İtaliyadan 4 medalla döndülər

İtaliyanın Krema şəhərində keçirilən sambo üzrə Avropa çempionatına yekun vurulub. Turnirdə ölkəmizi uğurla təmsil edən samboçularımız vətənə 4 medalla dönüblər. Təmsilçilərimizdən Kənan Qasımov (90 kq) və Nizami Məmmədov (100 kq) gümüş medal qazanıblar. Digər samboçularımız İslam Qasımov (57 kq) və Cavidan Qarayev (62 kq) isə bürünc medalla kifayətləniblər.