İslam Həmrəyliyi Oyunları

İslam Həmrəyliyi Oyunları

Dünyada bir sıra idman tədbirləri və oyunları keçirilir: Olimpiya oyunları, qitə oyunları, regional oyunlar və s. İslam Həmrəyliyi Oyunları qısa vaxt ərzində yaransa da, böyük nüfuz və kifayət qədər azarkeş kütləsi qazanıb. 74 İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına daxil olan ölkə nümayəndələrini
bir araya gətirən idman tədbiridir. Qeyd edək ki, İslam Əməkdaşlığı Təşkilatı (2011-ci il iyun ayının 28-nə kimi bu təşkilatın adı İslam Konfransı Təşkilatı olub) islam ölkələrini birləşdirən beynəlxalq təşkilatdır. 



İslam Əməkdaşlığı Təşkilatı (İƏT) 1969-cu il sentyabrın 25-də müsəlman ölkələrinin Rabatesdə keçirilən konfransında təsis edilib. Təşkilatın yaradılmasında əsas məqsəd islam həmrəyliyinə nail olmaq, eləcə də müsəlman dövlətləri arasında birgə əməkdaşlığın təmin edilməsi, iqtisadi, siyasi, mədəni və idman sahəsində beynəlxalq arenada birgə fəaliyyət göstərmək, iştirakçı-ölkələrin stabil inkişafına nail olmaqdır. İslam Əməkdaşlığı Təşkilatının mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. İslam Oyunlarının təşkili və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəylik Oyunları Federasiyası (İHOF) nəzarət edir. Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları həm Olimpiya, həm də qeyri Olimpiya idman növləri üzrə keçirilir. Yarışların proqramına atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol, gimnastika, karate do, pencak silat, sepak takrav, idman dırmanması, taekvondo, tennis, ənənəvi avarçəkmə, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma və uşu idman növü daxil edilib. Oyunların proqramına əsasən futbol və voleyboldan fərqli olaraq bütün idman növlərində kişi və qadın atletlər iştirak edə bilərlər. İslam Həmrəyliyi Oyunları beynəlxalq qaydalar əsasında təşkil edilir. Azərbaycan yığması 2005-ci il aprelin 8-20 təşkil edilən ilk İslam Həmrəyliyi Oyunlarında 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunub. Yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuran yığmamız medal qazanan ölkələr siyahısında 8-ci olub. Son illərdə yüksək səviyyəli və mötəbər idman tədbirlərinin mərkəzinə çevrilən ölkəmiz 2017-cı ildə keçiriləcək IV İslam həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün öz namizədliyini verib. Azərbaycan öz namizədliyini Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 2012-ci il oktyabrın 4-də keçirilən 75 18-ci iclasında irəli sürüb. Bu iclasda ölkəmizi gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil edənlər arasında Milli Olimpiya Komitəsinin (MOK) vitseprezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və MOK-un məsul işçisi, İslam Qadın və İdman Federasiyasının birinci komitəsinin üzvü Könül Nurullayeva da olub. Tədbirdə komitəyə Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciətdən əlavə, İslam Həmrəylik Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı ilkin texniki kitabın təqdimatı da keçirilib. Kitabda tədbirlər planı, görüləcək işlər, mövcud vəziyyət, mədəniyyət, nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan uğurlar, könüllülərin iş prinsipi, turizmin inkişafı və s. mövzular öz əksini tapıb. Bizi 2017-ci ildən cəmi 4 il ayırır. İnanırıq ki, qısa zaman kəsiyində dünyada idman ölkəsi kimi tanınan Azərbaycan bir sıra möhtəşəm idman tədbirləri kimi, islam dünyasında böyük nüfuza malik və möhtəşəmliyi ilə seçilən İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etmək
hüququ qazanacaqdır.

Səadət