Qədim dövrlərin Olimpiya oyunları əvvəlcə qəbilələrin kult bayramları, "baş allah" Zevsə həsr olunmuş şənliklərlə bağlı olmuşdur. Oyunlarda iştirak etmək arzusunda olan hər kəs bunu əvvəlcədən bildirməli və onun adı xüsusi siyahıya qeyd olunmalı idi. Bu zaman o, 10 ay ərzində xüsusi məktəblərdə öz hesabına yarışlara hazırlaşmalı idi. Görünür, qədim ellinlər Olimpiada iştirakçılarını öz çeviklikləri, güc və sürətləri ilə onlara sevinc bəxş edəcək yaxşı hazırlıqlı atletlər kimi görmək istəmişdir. Qədim dövrlərdən Olimpiya oyunları təkcə idman yarışları deyil, həm də böyük sənət müsabiqəsi, yaxşı gəlir gətirən bazarlar demək idi. Yeri gəlmişkən, qədim dövrlər Olimpiadalarının bu cəhəti oyunların indiki təşkilatçılarının ürəyincədir.
Bununla belə, qədim yunanların oyunları hər şeydən əvvəl hərbi qüvvəyə baxış olmuş və oyunlar vətəndaşların hərbi-fiziki hazırlıqlarının mühüm vasitəsi hesab edilmişdir. Bunu oyunların proqramında hərbi növlər üzrə yarışların olması təsdiq edir.
Olimpiya oyunlarının keçirildiyi günlər bütün ölkədə sülh, əmin-amanlıq hökm sürür. Bu zaman «müqəddəs sülh» üç ay davam edir və oyunlara gedən, yaxud oynlardan qayıdan hər kəs toxunulmaz hesab olunur.
Qədim dövrlərin Olimpiya oyunlarının qalibləri arasında məşhur xadimlər də olmuşdur. Məsələn, makedoniyalı Filipp (makedoniyalı İsgəndərin atası) atçapma yarışlarında birinci yerə çıxmış, riyaziyyatçı Pifaqor İsmiya və Pifiya oyunlarının (bu oyunlar Delfdə və Korinf boğazında keçirilmişdir-red) qalibi olmuşdur. Qadınların qədim Olimpiadalarda iştirakı qadağan edilmişdi. Üstəlik buraya tamaşaçı kimi gələn qadınları ölüm təhlükəsi gözləyirdi. Tribunalarda Ferenika adlı bir qadın ələ keçdikdən (müxtəlif dövrlərdə atasının, ərinin, qardaşının və oğlunun oyunların qalibi olduqlarını nazərə alaraq onu bağışlamışlar) sonra qəbul edilən qərara görə hətta məşqçilər və idmançılar da yarışlara çılpaq gəlməli idilər. Bizim eradan 776 il əvvəl qədim Yunanıstanda (Elladada) belə bir adət mövcud idi: ölkənin hər tərəfinə ağ, bayram geyimli çaparlar göndərilirdi. Çaparlar ölkə əhalisinə sülhün bərqərar olması xəbərini çatdırır və onları Olimpiya şəhərində keçirilən bayrama dəvət edirdilər. Olimpiya şəhərində keçirildiyi üçün bu bayram Olimpiya bayramı, keçirildiyi dövr isə “müqəddəs ay” adlanırdı. Bu ay, yay gündönümündən sonra birinci mehtab gecəsi ilə başlayardı və 4 ildən bir təkrar olunardı. “Müqəddəs aylararası dövr" isə olimpiada və yaxud yunan "olimpiya ili" adlanırdı. Bu dövr ərzində Elladanın bütün ərazisində “Müqəddəs barış” elan olunurdu. Hərbi əməliyyatların dərhal dayandırılması isə “Müqəddəs barışın” əsas şərtlərindən biri idi. Əvəllər bir-birilə savaşan tərəflərə öz güc, çeviklik və digər fiziki keyfiyyət və bacarıqlarını yalnız yarışlarda nümayiş etdirmək imkanı verilirdi.
Belə oyunlara (təkbətək vuruşlara) bütün azad yunan vətəndaşlarını bir şərtlə buraxırdılar ki, onlar yarışlara 10-12 ay qalmış gərgin məşq edərək, Elladoniklərin (Elladanın) nüfuzlu komissiyası qarşısında ciddi imtahan versinlər. Yalnız bu sınaqdan çıxanlara, bir ay ərzində xüsusi proqram əsasında hazırlıq mərhələsi keçdikdən sonra yarışlarda iştirak etmək hüququ verilirdi. Oyunların əsas və sözsüz tələbi düzgünlük idi. Olimpiya oyunlarında qullar və barbarlar iştirak etmirdilər. Romalılar Yunanıstana qələbə çalandan sonra oyunların əhəmiyyəti və onların iştirakçılarının sayı azalmışdır. Vaxt keçdikcə Olimpiadalar adi idman yarışlarına çevrilmiş, Roma imperiyasının təşkil etdiyi çoxlu idman tamaşalarının güclü rəqabəti ilə qarşılaşmışdır. Roma imperatoru I Feodosiya ölkədə xristianlığı məcburi qəbul etdirdikdən sonra olimpiya oyunlarını bütpərəstlik mərasimi hesab edib, eramızın 394-cü ilində onu qadağan etmişdir. Oyunlara rəhbərlik edən ellanodiklər (hakimlər) Olimpiya oyunlarına bir il qalmış Elida vətəndaşlarından seçilirdilər. Onlar oyunlarda iştirak etmək istəyənlər arasında ən ləyaqətlilərini seçir və bir ay müddətində bu idmançıların məşqlərinə rəhbərlik edirlər. Ellanodiklər Olimpiya oyunları qaydalarının əməl olunmasına ciddi nəzarət edirdilər. Qələbə uğrunda mübarizədə qeyri-qanuni fəndlər işlətmək, rəqiblərlə razılığa gəlmək və rəqibləri ələ almaq (rüşvət, pul, bəxşiş və s. ilə)
qadağan olunur. Yarış zamanı rəqibə zədə yetirmək qadağan olunur. Müxtəlif olimpiya yarışlarında bir neçə qalib müəyyən olunurdu, lakin zeytun çələngi bir adama qismət olurdu: çünki olimpiadanın yalnız bir qalibi olmalıydı. Bu qalibin necə müəyyən edilməsi haqqında bizə məlumat gəlib çatmamışdır. Hansı şəhərdən və ya hökumətdən qalib çıxırdısa, ona hər cür hörmət göstərilirdi: onun heykəli meydan və küçələrdə ucaldılır, təsvirini pullara həkk edirdilər, olimpiya oyunlarının qalibləri şərəfinə himnlər və mahnılar qoşurdular.
Olimpiya oyunlarında əvvəlcə yalnız atletlər yarışırdılar
Bu, yarış stadionunun uzunluğuna bərabər qaçış olub (192, 27 m) «stadiy» adlanırdı. Qaçışın bu növü - stadiodrom yarım əsrdən çox ellinlərin olimpiya bayramlarinda yeganə yarış sayılmışdır. XIV Olimpiya oyunlarında (bizim eradan əvvəl 724-cü ilə qədər) proqrama 2 stadiya qaçışı əlavə olunmuşdu. Bu, "diaulos" adlanırdı. Atletlər stadionu o başa və əksinə qaçardılar. 1-ci olimpiya oyunlarında (bizim eradan əvvəl 720-ci ilədək) dözümlülük qaçışı - dolixodrom qaçışı keçirilərdi. Onun məsafəsi 7- dən 2 stadiya arasında olardı. Qaçış yarışları bir neçə mərhələdə o vaxtadək davam edərdi ki, axırda 4 nəfər iti qaçan qalardı və onlar da 1-ci yer uğrunda mübarizə aparardılar.
Bizim eradan əvvəl 708-ci ildə proqrama güləşmə və beşnövçülük də əlavə olundu. Güləşçilərin mübarizəsində qələbə qazanmaq üçün rəqibi üç dəfə yerə çırpmaq lazım idi. Beşnövçülük (pentatlon) stadiodromdan, uzununa tullanmaqdan, nizə, dəmir lövhə atmaqdan və güləşmədən ibarət idi. İdmançılar uzununa tullanmağı əllərində qantellərlə icra edirdilər: belə hesab edirdilər ki, bu, idmançıya uçuşda daha
böyük məsafə qət etməyə kömək edir. Nizəni və dəmir lövhəni çox da hündür olmayan yerdən atardılar. Dəmir lövhə atanlar daha uzağa atmaq, nizə atanlar isə daha dəqiq atmaq uğrunda yarışardılar. Pentatlonda qalib kəlmək üçün bütün ehtimala görə üç yarışda qalib gəlmək tələb olunurdu. Əgər atletlərdən heç biri buna nail olmazdısa, qalib beşnövçülüyün sonuncu növündə - güləşmədə müəyyən olunardı. XXIII Olimpiya oyunlarında (bizim eradan əvvəl 688-ci ilə qədər) ilk dəfə olaraq yumruq döyüşü keçirildi. İştirakçıların yumruqları qayışlarla örtülərdi; iştirakçılardan biri yerə yıxılanda və ya təslim olanda döyüş başa çatardı. Olimpiadanın II oyunlarında (bizim eradan əvvəl 680-ci ilə qədər) güləşmə və yumruq davası pankrationla birləşdi, bunlar güləşmə və yumruq davası fəndlərinin birləşməsindən ibarət idi. İki təkərli arabaya 4 at qoşardılar. Məsafə 4 mərhələ üzrə 12 dövrədən ibarət idi. VI Olimpiadada (bizim eradan əvvəl 20-ci ilə qədər) ilk dəfə olaraq atletlərin tam silahlanmış halda qaçışı oldu. 93-cü olimpiadadan başlayaraq (bizim eradan əvvəl 408-ci ilə qədər) təkərlər üzərində yarış da keçirilir və təkərə cüt at qoşularmış. Təkərlər yarışında iştirak edənlər deyil, bu atlara və təkərlərə sahib olanlar qalib sayılarmışlar (ellin qadınları da bu hüquqa malik imişlər).
Leonidas, Germogen, Astilos və...
Olimpiada qalibləri arasında bu atletlər daha məşhurdular: Rodosdan olan Leonidas - O, 12 qələbə qazanmışdır (bizim eradan əvvəl 164-12-ci illərə qədər). O, stadiodrom, diaulos və silahlı qaçışda qalib olmuşdur. Ksanfandan olan Germogen 8 qələbə (bizim eradan əvvəl 81-89-cu illərədək) əldə etmişdir. Krotondan olan Astilos 7 qələbə qazanmışdır (bizim eradan əvvəl 488-478-ci illərə qədər). O da qaçışın həmin növləri üzrə qalib olmuşdur. Lakoniyadan olan Xionis 6 qələbə qazanmışdır (bizim eradan əvvəl 664-66-cı illərə qədər), özü də qaçışda və tullanmalarda. Və sonuncu -Spartalı Gipposfen qələbə əldə etmişdir
(bizim eradan əvvəl 624-608-ci ilədək) və özü də güləşmədə. Şairlər olimpiya bayramlarında oyunlara həsr olunmuş şerlər və himnlər oxuyardılar, natiqlər öz çıxışlarında onları tərifləyirdilər. 84-cü oyunlardan (bizim eradan əvvəl 444-cü ilə qədər) başlayaraq olimpiya oyunları yarışları proqramının bir hissəsini incəsənət müsabiqəsi tutdu. Oyunlarda Herodot, Sokrat, Demosfen, Lukian, Pifaqor kimi görkəmli yunan mədəniyyət xadimləri çıxış edirdilər. Qədim Yunanıstanın ictimai-siyasi həyatında olimpiya oyunları mühüm rol oynayırdı. Bu oyunlar ayrı-ayrı dövlətlər arasında əlaqələri möhkəmləndirirdi. Lakin bununla yanaşı, bu oyunlar bir növ hərbi qüdrətin baxışı idi. Yunan torpaqları Romanın ixtiyarına keçəndən sonra da bu oyunlar təşkil olunurdu. Atletlərin yarışları 1168 il ərzində müntəzəm keçirilmişdir.
Beş qitəni əhatə edən nəhəng idman tədbiri
Olimpiya xartiyasının əsasları 1894-cü ilin iyununda Parisdə keçirilmiş Beynəlxalq İdman Konqresi tərəfindən təsdiq edilmiş və müasir Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsi yaradılması haqqında qərar qəbul olunmuşdur. Olimpiya xartiyası beş bölmədən ibarətdir. Olimpiya devizi, - beş hörülmüş halqadan ibarətdir: bir-birilə birləşmiş üç halqa yuxarı cərgədə, ikisi də yenə bir-birilə birləşdirilmiş halda aşağı cərgədədir. Yuxarı cərgədə mavi, qara və qırmızı halqa (soldan sağa), aşağı cərgədə isə sarı və yaşıl həlqə yerləşir. Bu rəmzi Pyer de Kuberten təklif etmiş və 1913-cü ildə BOK tərəfindən təsdiq edilmişdir. Hörülmüş həlqələr Olimpiya hərəkatında birləşən beş qitəni təmsil edir və bu, onların rəmzidir. BOK-un rəsmi səndlərində bu və ya digər qitəyə hansı rəngin aid olması barədə birbaşa göstəriş yoxdur. «Beş halqa - mavi, qara, qırmızı, sarı və yaşıl - dünyanın beş qitəsini olimpizmə qoşulub, qoşulmamasından asılı olmaraq təmsil edir. Rəng - olimpiya bayrağının ağ fonunda elə kombinə edilmişdir ki, özlüyündə bütün millətlərin rəngidir. Bu, həqiqətən də beynəlxalq emblemdir». Hər hansı bir ölkənin milli bayrağında bu rənglərdən heç olmasa biri vardır. Olimpiya rəmzi olimpiya bayrağında təsviredilmişdir və o, Olimpiya embleminin tərkib hissəsidir (1920-ci ildən). OndanbMOK və ayrı-ayrı olimpiya oyunlarının emblemlərinin yaradılmasında ünsür kimi istifadə etmək olar. O, müstəsna hal olaraq BOK-nin mülkiyyəti sayılır, ondan reklam və hər hansı kommersiya məqsədləri üçün istifadə etmək (Olimpiya Hərəkatının inkişafı əksinə olaraq) Olimpiya xartiyası tərəfindən qadağan olunmuşdur. Müasir olimpiya oyunlarını təşkil edərkən ilk zamanlar xüsusi bərpa olunmuş stadionlardan (oyunların təşkilatçıları olan şəhərlərdə mövcud olan) istifadə edirdilər. Olimpiya oyunları proqramı genişləndikcə və onların iştirakçılarının miqdarı artdıqca xüsusi olimpiya kompleksləri tikməyə başladılar. 1896-cı ildə I Olimpiada üçün Afinada antik stadionun xarabalıqlarında təzə olimpiya stadionu tikildi.
ardı var