Sambo üzrə Avropa çempionatının Rusiyanın Yekaterinburq şəhərində bu ilin noyabrın 27-dən 29-dək keçirilməsi planlaşdırılır. Bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, mayın 21-dən 25-dək keçirilməsi nəzərdə tutulan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən sentyabra təxirə salınmışdı. Hazırda FIAS Avropa çempionatını noyabr ayında keçirmək niyyətindədir.
Xatırladaq ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.