"Zadəganlar" yeni baş məşqçi ilə uduzmur

\"Zadəganlar\" yeni baş məşqçi ilə uduzmur

Olimpizm xəbərləri

16.02.2021, 11:00

"Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb. London təmsilçisi 24-cü turun son matçında "Nyukasl"ı qəbul edib. Olivye Jiru və Timo Vernerin qolları "zadəganlar"a qələbə qazandırıb. Bu nəticədən sonra "Çelsi" xalını 42-ə çatdıraraq 4-cü pilləyə yüksəlib. "Nyukasl" isə 25 xalla 17-cidir. Turnir cədvəlinə 53 xalla "Mançester Siti" başçılıq edir.

15 fevral

"Çelsi" - "Nyukasl" - 2:0 Qollar: Jiru, 31. Verner, 39

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR