Oktyabrın 14-18-də Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi keçiriləcək. Yarışda ölkəmizi 12 samboçu təmsil edəcək. Yeniyetmələrin mübarizəsində Sahib Babayev (53 kq), Əli Hacıyev (58 kq), Rəvan Novruzov (64 kq), Kərəm Babazadə (71 kq), Camal Baqişov (79 kq), Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) qüvvəsini sınayacaq.
Gənclərin yarışında isə Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Kamran Qasımov (71 kq), Adil Adilzadə (88 kq), Toğrul Salmanov (+98 kq) mübarizə aparacaqlar.
Dünya birinciliyində 12 samboçumuz iştirak edəcək