Sabah Özbəkistanın paytaxtı Daşkənddə kişilər və qadınlar arasında idman və döyüş sambosu üzrə dünya çempionatı start götürəcək.
3 gün davam edəcək çempionatda ölkəmizi 5 idmançı təmsil edəcək. Belə ki, yığma komandanın heyətində idmançılar - Eyvaz Baxşiyev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Əskərov (71 kq), Abdulla Abdullayev (79 kq), Ceyhun Hüseynovla (88 kq) yanaşı, baş məşqçi Vahid Tarverdiyev də dünya çempionatına yollanıb.
Turnirdə rəhbər qismində və Beynəlxalq Sambo Federasiyasının bu gün keçiriləcək XXXIII konqresində Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da iştirak edəcək.
Samboçularımız sabah dünya çempionatında mübarizəyə başlayacaqlar