Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında Azərbaycan taekvondoçusu Taleh Süleymanov bu gün mübarizəyə başlayır. 87 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ilk qarşılaşmada serbiyalı Mehdi Xodabaxışi ilə görüşəcək.
Qeyd edək ki, Meksikada ölkəmizin idman şərəfini səkkiz taekvondoçu qoruyur. Belə ki, noyabrın 16-da Cavad Ağayev (68 kq), Patimat Abakarova (49 kq), ayın 17-də Eltac Qafarov (74 kq), bir gün sonra Sədri Həmidreza (63 kq) dayanq üzərinə çıxacaqlar. Noyabrın 19-da Səyyad Dadaşov (54 kq), yarışın sonuncu günündə isə Qaşım Maqomedov (58 kq) və Minayə Əkbərova (46 kq) mübarizəyə başlayacaqlar.
Taekvondoçumuz dünya çempionatında dayanq üzərinə çıxacaq