Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.Bu gün Azərbaycanın daha iki taekvondoçusu dayanq üzərinə çıxacaq. Kişilərin mübarizəsində Cavad Ağayev (68 kq) Tayland təmsilçisi Çayçon Ço ilə qarşılaşacaq. Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) isə yunanıstanlı Nektaria Anastasia Kokosi ilə üz-üzə gələcək.
Xatırladaq ki, ötən gün dayanq üzərinə çıxan Taleh Süleymanov (87 kq) ilk görüşdə serbiyalı Mehdi Khodabakhshiyə məğlub olub.
Qeyd edək ki, ölkəmiz dünya çempionatında 8 taekvondoçu ilə mübarizə aparır.