Bu gün daha bir taekvondoçumuz dünya çempionatında mübarizəyə başlayır 

Bu gün daha bir taekvondoçumuz dünya çempionatında mübarizəyə başlayır 

Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı davam edir. Yarışların dördüncü günündə daha bir taekvondoçumuz - Eltac Qafarov (74 kq) dayanq üzərinə çıxacaq. Təmsilçimiz mübarizəyə təsnifat mərhələsindən başlayacaq. E.Qafarovun bu mərhələdəki rəqibi Çin Taypeyindən olan Çenqçi Vey olacaq.
Qeyd edək ki, dünya çempionatında 8 taekvondoçu ilə təmsil olunan komandamızın heyətində artıq 3 idmançımızın çıxışı başa çatıb. Təmsilçilərimizdən yalnız Cavad Ağayev (68kq) yarışların bürünc medalına sahib olub.