Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Yarışların beşinci günündə daha bir təmsilçimiz dayanq üzərinə çıxacaq. Bu 63 kq çəki dərəcəsində təmsil olunan Sədri Həmidrezadır. İdmançımız ilk görüşünü özbəkistanlı taekvondoçu Niyaz Pulatova qarşı keçirəcək.
Qeyd edək ki, dünya çempionatında 8 idmançı ilə təmsil olunan Azərbaycanın aktivində hələlik bir bürünc medal var. Yeganə medalı komandamıza Cavad Ağayev (68 kq) qazandırıb.