Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı davam edir. Yarışların dördüncü günündə Azərbaycanın daha bir təmsilçisi mübarizəyə qoşulub. 74 kq-da qüvvəsini sınayan Eltac Qafarov təsnifat mərhələsində Çin Taypeyindən olan Çenqçi Veyə məğlub olaraq çempionatla erkən vidalaşıb.
Qeyd edək ki, dünya çempionatında 8 idmançı ilə təmsil olunan Azərbaycanın aktivində hələlik bir bürünc medal var. Yeganə medalı komandamıza Cavad Ağayev (68 kq) qazandırıb.
Taekvondoçumuz dünya çempionatı ilə vidalaşdı