Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində uğurla çıxış etmiş balaca idmançılarla görüş keçirilib.
Görüşdə idarənin rəisi Raqif Abbasov, kütləvi bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, taekvondo üzrə ikiqat Avropa çempionu, “Ümid” klubunun rəhbəri və baş məşqçisi İlkin Şahbazov iştirak ediblər.
R.Abbasov balaca idmançılarımızın qazandıqları nəticələri yüksək qiymətləndirərək onlara gələcək yarışlarda uğurlar arzu edib.
Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunan “Ümid” taekvondo klubunun yetirmələri Sabir Məmmədli (27kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxıblar.
Avropa birinciliyində uğurla çıxış edən taekvondoçularla görüş