Taekvondoçularımız Maltaya yollanırlar

Taekvondoçularımız Maltaya yollanırlar

Noyabrın 25-də Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyinə start veriləcək. 4 gün davam edəcək yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq. 
Avropa birinciliyində baş məşqçi Rəşad Məmmədov və məşqçi Vurğun Cəfərov Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Abdulsübhan Dadaşlı (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (+65 kq) şans verəcəklər.
Bu gün Vallettaya yollanan komandamız noyabrın 30-da Bakıya qayıdacaq.