Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında 1 bürünc medal qazanan Azərbaycan yığması Vətənə qayıdıb.
Yığmamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və taekvondosevərlər qarşılayıblar.
Qeyd edək ki, Qvadalaxarada taekvondoçumuz Cavad Ağayev (68 kq) 3-cü yeri tutub. Meksikada həmçinin dünya çempionatının keçici bayrağı növbəti mundiala ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib.