Bakı Atıcılıq Mərkəzində güllə və stend atıcılığı üzrə federasiya kuboku yarışının üçüncü mərhələsi başa çatıb. Hər iki növ üzrə fərdi və qarışıq komanda yarışlarında 100-ə yaxın idmançı iştirak edib. Yekun nəticəyə görə, güllə atıcılığı üzrə Xanna Əliyeva, Nuranə Əliyeva, Zərifə Qasımova, Ruslan Lunyov, Ramiz Xəlilov, Hacı Musayev, stend atıcılığı üzrə isə Regina Meftahətdinova, Aydan Camalova, Fuad Qurbanov, Mirmömin Ağazadə fərdi yarışlarda qalib adını qazanıblar. Ruslan Lunyov-Nigar Nəsirova, Üzeyir Tapdıqlı-Jalə Bayramova cütlükləri güllə, Mirmömin Ağazadə-Alina Rəfixanova cütlüyü stend atıcılığı üzrə qarışıq komanda yarışında birinci yeri tutublar.
Qeyd edək federasiya kuboku yarışı il ərzində üç dəfə keçirilir. Turnirin təşkilində məqsəd ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaqdır.