Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsi keçirilib. Bu seriyada ilin yekun yarışını Azərbaycan parataekvondoçuları 2 qızıl medalla başa vurublar. Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparan komandamızın üzvlərindən Sabir Zeynalov (58 kq, K-44) və İmaməddin Xəlilov (70 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Qran-pri yarışlarının final mərhələsində bu gün taekvondo yarışları start götürəcək. Azərbaycan turnirdə 173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayevlə təmsil olunacaq.