Çempionlar Liqası: "Qarabağ" Polşa çempionu ilə üz-üzə

Çempionlar Liqası: \"Qarabağ\" Polşa çempionu ilə üz-üzə

Olimpizm xəbərləri

26.07.2023, 11:09

Bu gün Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. “Köhlən atlar” Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq. İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR