Bu gün daha 7 güləşçimiz xalça üzərinə çıxacaq 

Bu gün daha 7 güləşçimiz xalça üzərinə çıxacaq 

“Sərhədçi” İdman Mərkəzində keçirilən Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı davam edir. Üçüncü yarış günündə daha 7 idmançımız xalça üzərinə çıxacaq. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan mundialda 5 kişi və 2 qadın güləşçimiz xalçaya çıxacaq.

Yunan-Roma güləşçilərinin yarışında Fərid Sadıxlı (55 kiloqram), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq), Azad Əliyev (82 kq) və Murad Əhmədiyev (97 kq) qüvvələrini sınayacaqlar.

Qadınların mübarizəsində isə Jalə Əliyeva (57 kq) ilə Birgül Soltanova (62 kq) medallar uğrunda yarışacaqlar.

Azərbaycan yığması ilk iki gündə 6 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb və hazırda komanda hesabında birinci yerdədir.

Yarış dekabrın 3-dək davam edəcək.