Samboçularımız dünya çempionatında iştirak edirlər
Noyabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində sambo üzrə dünya çempionatı başlayıb. Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov və baş məşqçisi Yaqub Abdullayevin rəhbərliyi altında komandamızı idman sambosunda 9, döyüş sambosu üzrə isə 6 idmançı təmsil edir.
Turnirdə mübarizə aparan yığmamızın heyətində dünya çempionu İslam Qasımov, qitə birinciliyinin mükafatçıları Ağasif Səmədov, Cavidan Qarayev, Emil Həsənov, Nizami Məmmədov və digər samboçular yer alıblar.
Yarışların idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Cabir İsmayılov təmsil edir.
Qeyd edək ki, çnmpionat noyabrın 25-də başa çatacaq.