Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisində ikinci günə start veriləcək

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisində ikinci günə start veriləcək

Olimpizm xəbərləri

14.09.2024, 09:10

Bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək. Maraqlı idman mübarizəsi vəd edən Bakı mərhələsində Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışları keçiriləcək.

Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sərbəst yürüş və sıralanma yarışları təşkil olunub. Yarışlarda müvafiq olaraq, Maks Ferstappen (“Red Bull”), Şarl Lekler (“Ferrari"), Enzo Fittipaldi ("Van Amersfoort") və Riçard Versçor ("Trident") qalib olublar.

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Azərbaycan Qran-prisi 14 sentyabr 12:30. Formula 1: Üçüncü sərbəst yürüş 14:15. Formula 2: Sprint yarışı 16:00. Formula 1: Sıralama turu

Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR