"Zadəganlar" "Qoca sinyora" ilə danışıqlara başlayır

"Zadəganlar" "Qoca sinyora" ilə danışıqlara başlayır

 

«Yuventus»un türkiyəli hücumçusu Kənan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davm etdirə bilər. «Deadlinedaylive» hesabında yer alan xəbərə görə "Çelsi" klubu futbolçu üçün hazırlığa başlayıb. «Zadəganlar» 19 yaşlı futbolçunun transferi üçün 100 milyon avro civarında ödəməyə hazırdır. Kənanın «Qoca sinyora» ilə hazırkı əmək müqaviləsi 2029-cu ilin yayında başa çatır.