"Barselona" klubu 17 yaşlı hücumçu Lamin Yamalla müqaviləsini 6 il uzadıb.
Olimpnews.az xəbər verir ki, Mərakeş əsilli ispaniyalı hücumçu ilə yeni müqavilənin müddəti 2031-ci ilin iyun ayının 30-na qədər olacaq.
Bununla da Lamin Yamal klubda ən yüksək maaş alan gənc futbolçuya çevriləcək.
Belə ki, müqavilənin şərtlərinə görə onun sabit maaşı 8 milyon avro təşkil edəcək. Keçirdiyi oyunlar, vurduğu qollar və "Qızıl top"u qazanması daxil bu rəqəm bonus olaraq yüksəlib 15-20 milyon avro təşkil edəcək.
Qeyd edək ki, 17 yaşlı futbolçu katalonların heyətində 106 oyun keçirib, 25 qol vurub və 34 qol ötürməsi ilə yadda qalıb. O, bu mövsüm həmçinin İspaniya Superkubokunun, İspaniya Kral Kubokunun və La Liqanın qalibi olub.