DÇ-2026: 48 komandadan 28-nin adına aydınlıq gəldi

DÇ-2026: 48 komandadan 28-nin adına aydınlıq gəldi

Gələn il ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq futbol üzrə dünya çempionatında iştirak edəcək 48 komandadan 28-nin adına aydınlıq gəlib.  

Olimpnews.az xəbər verir ki, ötən gün keçirilən oyunlardan sonra İngiltərə, Seneqal, Qətər, Səudiyyə Ərəbistanı və Fil Dişi Sahili milliləri də DÇ-2026-da iştirak etmək hüququq qazanıb. 
Hazırda mundiala ev sahibliyi edəcək ABŞ, Kanada və Meksika komandaları ilə yanaşı, Yaponiya, İran, Cənubi Koreya, Avstraliya, Özbəkistan, Qətər, İordaniya, Mərakeş, Misir, Əlcəzair, Tunis, Cənubi Afrika, Kapo-Verde, Qana, Argentina, Braziliya, Kolumbiya, Uruqvay, Ekvador, Paraqvay, Yeni Zelandiya, İngiltərə,Səudiyyə Ərəbistan, Fil Dişi Sahili və Seneqal milliləri mundilada iştirakını rəsmiləşdirib. 

Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Budəfəki mundialda ilk dəfə olaraq dünyanın 48 ölkəsi çempionluq uğrunda mübarizə aparacaq.