Azərbaycan cüdoçusu Zelim Kotsoye Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən cüdo yarışlarında gümüş medal qazanıb.
Olimpnews.az xəbər verir ki, -100 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz həlledici görüşdə misirli Omar Elramliyə məğlub olub.
Qeyd edək ki, final oyununu Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov da izləyib.


