Samboçularımız Kaseresə yollanacaqlar

Samboçularımız Kaseresə yollanacaqlar

Aprelin 9-dan 14-dək İspaniyanın Kaseres şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa birinciliyi keçiriləcək.
Yarışda Azərbaycanı yeniyetmələrin mübarizəsində Eyvaz Baxşiyev (48 kq), Tural Allahverdiyev (52 kq), Fərid Qardaşxanov (56 kq), Elton Quliyev (60 kq), Natiq Sarıyev (65 kq), Elçin Cəlilov (70 kq), Ceyhun Məmmədzadə (75 kq) və Etibar Zeynalov (87 kq-dan yuxarı) təmsil edəcəklər. Gənclərin yarışında isə Ülvi Xankişiyev (48 kq), Nəsimi Umbayev (52 kq), Fuad Məmmədov (57 kq), Elvin Ağayev (62 kq), Zaur Babayev (68 kq), Xaliq Niftəliyev (74 kq) və Eyvaz Nəsibli (82 kq) birincilik uğrunda əllərindən gələni əsirgəməyəcəklər. Milli komandamız baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında qüvvəsini sınayacaq. Yarışda ölkəmizi hakim kimi Cabir İsmayılov təmsil edəcək.