Samboçularımız Almatı şəhərində yarışırlar

Samboçularımız Almatı şəhərində yarışırlar


Yanvarın 22-də Almatı şəhərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə Dünya kubokunun mərhələ yarışı başlayıb. Yarışda milli komandamız da mübarizə aparır. Baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında Ağasif Səmədov (52 kq), Röyal Dünyamalıyev (57 kq), Cavidan Qarayev (62 kq), Emin Qulamov (68 kq), Samir Kərimov (74 kq), Kənan Qasımov (90 kq) mübarizə aparacaqlar. Qadın samboçuların yarışında isə ölkəmizi Nəzakət Xəlilova (52 kq), Fəridə Qurbanova (64 kq) və Nərminə Əlizadə (68 kq) təmsil edəcək.
Görüşlərin idarə olunmasında ölkəmizi Cabir İsmayılov təmsil edir.
Məlumat üçün qeyd edək ki, Dünya kubokuna yanvarın 26-da yekun vurulacaq.