Bu mövsümün ilk yarısını "Çelsi”də oynayan 24 yaşlı hücumçu Andre Şürrle "Volsburq” komandası ilə 4,5 illik müqavilə imzalayıb. Almaniya klubu bu transfer üçün "Çelsi”yə ödədiyi təzminat haqda məlumat yaymayıb.
Qeyd edək ki, bundan əvvəl Almaniya mətbuatı Andre Şürrlenin "Volfsburq”la 6 illik müqavilə imzaladığını yazmışdı. Lakin futbolçunun yeni klubda 4 il 5 ay oynayacağı dəqiqləşib.