Futbolçu xərçəng xəstəliyinin qurbanı oldu

Futbolçu xərçəng xəstəliyinin qurbanı oldu

Nigeriya millisinin və "Rayo Valyekano”nun keçmiş qapıçısı Vilfred Aqbonavbare dünyasını dəyişib. 48 yaşlı qapıçı xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Aqbonavbare futbol karyerasına ölkəsinin "Ne Nigeria Bank” klubunda başlayıb, daha sonra İngiltərənin "Brentdord” klubuna transfer olunub. O, 1990-1996-cı illərdə "Rayo Valyekano”da oynayıb.
Mərhum futbolçu Nigeriya millisinin heyətində 1994-cü ildə Afrika kubokunu qazanıb.