“Atletiko” oyuna “Bakı 2015”in formasında çıxacaq

“Atletiko” oyuna “Bakı 2015”in formasında çıxacaq

Bu gün İspaniya La Liqasının 22-ci turunun mərkəzi oyunu Madriddə keçiriləcək.
"Real”la oyuna "Atletiko” yeni formayla çıxacaq. Sosial şəbəkələrdə Arda Turanın yeni formada şəkli də paylaşılıb. Yeni formanın məhz Madrid derbisində "debüt edəcəyi” gözlənilir. Bundan sonra formanın üzərinə "Land of Fair Azerbaijan” yox, "Baku 2015 1st European Games” sözləri yazılacaq.