Bakı-2015-in forması “Atletiko”-ya uğur gətirdi

Bakı-2015-in forması “Atletiko”-ya uğur gətirdi


Fevralın 7-də İspaniya La Liqasının 22-ci turunda Madridin iki komandası "Atletiko” və "Real” komandaları üz-üzə gəliblər.
Üzərində "Bakı-2015” loqotipi olan formalarla ilk oyuna çıxan "Atletiko” futbolçuları doğma meydanda - "Visente Kalderon” stadionunda kral klubunu 4:0 hesabı ilə darmadağın ediblər.
Madrid derbisinin qalibləri böyük hesablı qələbəyə 14-cü dəqiqədə Tyaqonun qolu ilə başlayıblar. Ev sahibləri 18-ci dəqiqədə Saul Niguezin qolu ilə hesab arasındakı fərqi artırıblar – 2:0. Qarşılaşmanın ikinci hissəsində də hücumlarını davam etdirən "Atletiko” futbolçuları 67-ci dəqiqədə Antoin Qrizmanın, 89-cu dəqiqədə isə Mario Mandzukiçin qolları ilə "Real” üzərində qələbəni rəsmiləşdiriblər.
"Atletiko” komandası bu qələbə ilə "Real” ilə aradakı xal fərqini dördə endirib.
Qeyd edək ki, fevralın 7-də "Bakı-2015” ilk Avropa Oyunları "Atletiko Madrid” komandasının oyunçularının formalarında birinci Avropa Oyunlarının loqotipinin əks olunması haqqında müqavilə imzalayıb.