Komandamız Gürcüstan təmsilçisindən üstün oldu

Komandamız Gürcüstan təmsilçisindən üstün oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçala” futbol komandası hazırlıq prosesi çərçivəsində dördüncü yoxlama oyununu keçirib. Komandamız birinci divizion təmsilçisi Gürcüstanın "Zuqdidi” komandası ilə qarşılaşıb. Qarşılaşmaya daha fəal başlayan "Neftçala” futbolçuları yekunda 4:1 hesablı qələbə qazanıb.
Məlumat üçün qeyd edək ki, "Neftçala” bundan əvvəlki yoxlama oyunlarında Almaniyanın "Viktoriya” klubuna 2:1, Türkiyənin "Manavqatspor” komandasına 5:0 hesabı ilə qalib gəlib. Polşanın "Yaqelloniya” kollektivinə ilə oyunda isə təmsilçilərimiz 2:4 hesabı ilə məğlub olub.