Premyer Liqada istefa

Premyer Liqada istefa


"Aston Villa” İngiltərə Premyer Liqasında mövsümə pis başlamamışdı. Sonradan sabitliyi itirən komandanın işləri gətirmədi. Nəticədə son on oyunda qələbəyə həsrət qalan Birmingem klubunun rəhbərliyi nəhayət ki, baş məşqçi Pol Lambertlə yollarını ayırdı.
Şotland mütəxəssisin rəhbərlik etdiyi komanda hazırda 18-ci pillədə məskunlaşıb və Premyer Liqada ən aşağı göstəriciyə malikdir.
Xatırladaq ki, Pol Lambert "Aston Villa”nı 2012-ci ildən çalışdırırdı.