FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Ötən ayla müqayisədə Azərbaycan milli komandası 5 pillə irəliləyərək 222 xalla
131-ci pillədə qərarlaşıb. Almaniya millisi 1729 xalla birinci pillədə, Argentina (1534 xal) ikinci, Kolumbiya (1456 xal) isə üçüncü yerdədir. Növbəti reytinq cədvəli martın 12-də açıqlanacaq.