Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo karyerasını Afrika klublarının birində davam etdirə bilər. Hazırda Meksika "Kueretaro”sunda forma geyinən "sambaçı” Anqolanın "Kabuskorp” klubuna keçməyə çox yaxındır.
Bu haqda "Qara qitə” təmsilçisinin prezidenti Benedikt Kanqamba məlumat verib. Mətbuata açıqlama verən klub rəhbəri Ronaldinyonun növbəti mövsümdən etibarən komandasında oynayacağını iddia edib: "Bu qərar qətidir. Ronaldinyo ilə danışıqlarımız davam edir. Onun hazırkı komandasında mövsümün sonunda müqaviləsi başa çatacaq və yayda bizimlə müqavilə imzalayacaq”.
Qeyd edək ki, "Kabuskorp”da 2012-ci ildə digər braziliyalı futbolçu Rivaldo da forma geyinib