"Barselona”nın ulduz futbolçusu Lionel Messinin portretləri Londonda hərraca çıxarılıb. Hərracda argentinalının 2 portreti satılıb. Messinin portretlərini "Sothebys” hərrac evi satışa çıxarıb. Futbolçunun bir portretini britaniyalı rəssam Demen Hepsta çəkib. Göy və tünd qırmızı tonda olan "Spin Painting for One in Beautiful Messi Eleven” portreti 494 min avroya satılıb.
Yaponiyalı rəssam Takasi Murokaminin çəkdiyi "Lionel Messi and a Universe of Flowers” portretinə isə 429 min avro ödəyiblər.
Hər iki əsər hərracda qoyulmuş ilkin qiymətindən baha satılıb.